"Hərbçilərimiz tərəflərlə birbaşa təmasdadır. Bütün təmaslar əsasən hərbçilər vasitəsilə olur. Hələlik sülhməramlılarımızın həyatını təhdid edən nəsə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur. Təbii ki, bu, bizim üçün vacib prioritetdir”.

İqtisadiyyat.az Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Qarabağda Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirirlər, lakin regionda vəziyyət ağır olaraq qalır.