"Qarabağ tamamilə Azərbaycanın suverenliyində olmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror tədbirlərinə münasibət bildirərkən deyib.

“Qarabağ, əlbəttə, Azərbaycanın bir hissəsidir. Qarabağ tamamilə Azərbaycanın suverenliyində olmalıdır”, - o vurğulayıb.