Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, “Mohammed -Z”in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.