Baş Prokurorluqda qanunsuz heyvan, o cümlədən balıq ovu ilə əlaqədar 7 cinayət işi və 149 inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" mövzusunda mətbuat konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, əvvəlki dövrdə başlanmış cinayət işlərinin qabaqlayıcı təsiri ötən ilin yarımilliyində bu sahədə hüquqpozmaların sayına müsbət təsir göstərib.