İsrailin müdafiə naziri Benni Qantsın mərkəzi Dövlət Düşərgəsi partiyası ölkə Knessetinin buraxılması haqqında qanun layihəsinin təşəbbüskarı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kan Radiosu" məlumat yayıb.

İsrailin baş naziri Binyamin Netanyahunun Likud partiyası buna cavab olaraq bildirib ki, Qəzza zolağında müharibənin ortasında İsrailin birliyə ehtiyacı var. Onun bəyanatında deyilir ki, mövcud birlik hökumətinin dağılması HƏMAS üçün mükafat, beynəlxalq təzyiqlərə təslim olmaq və Qəzza zolağında saxlanılan girovların azad edilməsi səylərinə ölümcül zərbə olacaq.