Əlcəzair bu il "Ümumdünya Könüllü Qan Donorluğu Günü"nə ev sahibliyi edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 2005-ci ildən etibarən 14 iyunu "ABO" qan qrupu sistemini kəşf edən Nobel mükafatlı alim Karl Landştaynerin şərəfinə "Ümumdünya Könüllü Qan Donorluğu Günü" elan edib. BMT builki “14 İyun Ümumdünya Könüllü Qan Donorları Günü”nün mövzusunu “Qan verin, plazma verin, həyat paylaşın, tez-tez paylaşın” olaraq təyin edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 2008-2018-ci illər arasında dünyada 118,5 milyon vahid qan verilib. 1000 nəfərdən ibarət nümunəyə əsasən, ianələrin 31,5 faizi yüksək gəlirli ölkələrdən, 16,4 faizi yüksək orta gəlirli ölkələrdən, 6,6 faizi aşağı-orta gəlirli ölkələrdən və 5 faizi aşağı gəlirli ölkələrdən gəlib. Qan donorluğunda ən yüksək artım 127 faiz Cənub-Şərqi Asiyada, 81 faiz Amerika və Afrikada müşahidə olunub.

Dünya üzrə edilən qan donorlarının 33 faizini qadınlar, 67 faizini isə kişilər təşkil edib.