Türkiyənin Kahramanmaraş vilayətində 14 yaşlı uşaq 58 yaşlı atası Ahmet Bakacakın başına balta ilə vuraraq öldürüb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli hadisə dekabrın 19-da gecə saatlarında baş verib.

Belə ki, Ahmet Bakacak evin birinci mərtəbəsindəki tövlədə ölü tapılıb. Aparılan araşdırmalar zamanı onun başından aldığı zərbədən öldüyü müəyyən edilib. Həmçinin hadisə zamanı Bakacak və oğlunun evdə tək olduqları müəyyən edilib. Polis uşağı şübhəli şəxs qismində saxlayıb.

Uşaq dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib: "Atam məni təhqir edib söyüş söydü. Məni isti dəmirlə döyəcəkdi. Ona görə də balta ilə iki dəfə kəllə sümüyünə vuraraq öldürdüm", - deyə o bildirib.