Qəzza zolağının şimalında İsrail ordusu HƏMAS hərəkatının 12 batalyonunu məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin anklavına səfəri zamanı İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

"Qəzzə zolağının şimalında 12 HƏMAS batalyonunu məhv etdik. Bu ərazidə olan 15 min və ya 18 min terrorçudan bir neçə min terrorçu qaldı. Çoxlu sayda terrorçu məhv edildi, bəziləri isə cənuba qaçdı", - nazir qeyd edib.

"Qəzza zolağının şimalında taktiki olaraq atəş gücü, manevrlər, xüsusi əməliyyatlar vasitəsilə hərəkət edəcəyik və lazım gələrsə, bu ərazini bir müddət nəzarətdə saxlayacağıq", - deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri davam edib. 

O qeyd edib ki, məqsəd HƏMAS-ı tükəndirmək və onu məhv etməkdir.