Türkiyə Superliqasında çempionluğunu elan edən "Qalatasaray" azarkeşləri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, liqanın son həftəsində "Konyaspor"u məğlub edərək çempion olan "sarı-qırmızılı" klubun heyəti Konyadan İstanbula gələrək çempionluğu qeyd ediblər.

"Qalatasaray"lı azarkeşlər matçdan əvvəl Florya Metin Oktay Təsislərinin qarşısında toplaşaraq məşəllər yandırıb, mahnılar oxuyublar.

"Sarı-qırmızılı"ların argentinalı ulduzu Mauro İkardi çempionluq şənliyində arxa tərəfində Fənərbaxça Klubunun prezidenti Ali Koçun adı yazılmış "Qalatasaray" formasını geyinib.

Qeyd edək ki, "Qalatasaray" çempionatı 102 xalla 1-ci, "Fənərbağça" isə 99 xalla 2-ci yerdə tamamlayıb.