Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

DİN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əlixan Abbasov müəyyən olunaraq saxlanılıb.