Bakıda mağazada qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 12 radələrində A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aydın Abbasov saxlanılıb.

Araşdırmalarla onun iyulun 18-də soyğunçuluq yolu ilə bir qadının içərisində pulu və mobil telefonu olan cüzdanını talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.