Kanadada tədqiqatçılar qablaşdırılmış çiy və ya bişmiş toyuq məhsullarında qida zəhərlənməsinə səbəb olan zərərli bakteriyaları dərhal aşkar edən sensor qab hazırlayıblar.

İqtisadiyyat.az xəbər verir ki bu barədə araşdırma "Advanced Materials" jurnalında dərc olunub.

"McMaster" Universitetinin tədqiqatçıları, zəhərlənməyə səbəb olan "salmonella" adlı bakteriyaları və xəstəliyə səbəb olan digər təhlükəli mikrobları (patogenləri) aşkar edən sensor qab istehsal ediblər. Məlumata görə, sensorlu qab toyuq ətindən qalan mayeni analiz edərək, mobil telefonların köməyi ilə istehlakçılara və satıcılara məhsullarında “salmonella” olub-olmadığını göstərəcək.

Əlavə edək ki, hər il dünyada 600 milyon insan qidada olan zərərli bakteriyalara görə sağlamlıq problemləri yaşayır.