Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Ölkə liderləri telefonla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Qazaxıstanda keçiriləcək sammitini müzakirə ediblər. Danışıq zamanı həmçinin Belarusun ŞƏT-ə üzvlüyü ilə bağlı məsələ də müzakirə edilib.