Rusiya prezidenti Vladimir Putin LGBT, cinsiyyətin dəyişdirilməsi və pedofiliya təbliğatını qadağan edən qanunlar paketini təsdiqləyib.


İqtisadiyyat.az xəbər verir ki, Putinin qəbul etdiyi yeni qanunlar filmlər, kitablar, reklam çarxları, media orqanları, audiovizual xidmətlər, kompüter oyunları və marketinq saytları vasitəsilə qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişikliyin təbliğini və ya nümayişini qadağan edir.


Eyni zamanda, Rusiya İnzibati Xətalar Məcəlləsinə həm böyüklər, həm də yetkinlik yaşına çatmayanlar üçün yeni qanunların pozulmasına görə məsuliyyəti genişləndirən dəyişikliklər edilib.


Qanuna əsasən böyüklər və uşaqlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təşviqi üçün fiziki şəxslər üçün 50 min - 400 min rubl, səlahiyyətlilər üçün 800 min rubl , 5 milyon rubl hüquqi şəxslərə cərimələr tətbiq ediləcək.


Qanun çərçivəsində pedofiliya təbliğatına görə fiziki şəxslərə 200 min  ilə 800 min rubl  arasında, hüquqi şəxslərə isə 10 milyon rubla qədər cərimələr kəsilir.


Yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqəni göstərən məlumatların yayılmasına görə cərimələr fiziki şəxslər üçün 50 min rubldan 200 min rubla qədər, hüquqi şəxslər üçün isə 4 milyon rubla qədər olacaq.