Yaxın vaxtlarda ŞƏT və BRİCS sammitləri çərçivəsində Çin sədri Si Cinpinlə görüşməyi gözləyirəm.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə bildirib.

"Ümid edirəm ki, yaxın gələcəkdə bütün bu məsələləri mədəniyyət və digər sahələrdə Çin Xalq Respublikasının sədri ilə artıq qeyd etdiyim platformalarda görüşüb müzakirə edə biləcəyəm", - Putin qeyd edib.