Rusiya prezidenti Vladimir Putin Moskvada danışıqlar aparan Rusiya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Çoi Sonq Hui ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Rusiya prezidenti Vladimir Putin Kremldə Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui qəbul edib", - Peskov bildirib.

Onun sözlərinə görə, xarici əlaqələr idarələrinin rəhbərləri əldə olunmuş razılaşmalar barədə Rusiya liderini məlumatlandırıblar.

Lavrovun qeyd edib ki, KXDR-dən olan həmkarı ilə görüşündə Ukraynada xüsusi hərbi əməliyyat kontekstində Pxenyanın dəstəyini yüksək qiymətləndirir və iki ölkə arasında BMT və digər çoxtərəfli təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.