"Vaqner" hərbi birliyinin rəhbəri Yevgeni Priqojinin ölümündən sonra ən çox haqqında danışılan mövzulardan biri də Rusiya prezidenti Vladimir Putinin onun dəfn mərasiminə qatılıb-qatılmayacağı ilə bağlıdır.

İqtisadiyyat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov məsələyə aydınlıq gətirib: "Kremldə Priqojinin dəfn mərasiminin formatı və tarixi barədə hələlik məlumat yoxdur, ona görə də Putinin mərasimə qatılıb-qatılmayacağı ilə bağlı suala hələlik cavab verilə bilməz". 

Qeyd edək ki, bəzi mənbələr iddia edir ki, Rusiya prezidenti işlərinin çoxluğu və qrafikinin sıxlığı əsas gətirilərək dəfn mərasiminə qatılmayacaq.