Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Amur vilayətindəki “Vostoçnıy” kosmodromunda görüşüblər.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Bazada Putin tərəfindən qarşılanan Kim, gərgin iş qrafikinə baxmayaraq, onu Rusiyaya dəvət etdiyi üçün Putinə təşəkkür edib.

Dövlət başçıları yeni bazanın obyektlərinə, “Anqara” kosmik raket kompleksinin daşıyıcı aparatının montaj sexinə, “Soyuz-2” kosmik gəmisinin buraxılış kompleksinə və “Anqara” aparatı üçün tikilməkdə olan buraxılış kompleksinə baxıblar.

Kosmik bazada yoxlamalardan sonra iki ölkə lideri onları müşayiət edən nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

 

Gözəl Həşimova