Rusiya prezidenti Vladimir Putin Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünə baş çəkib. Kremlin səfərlə bağlı paylaşdığı videoda Putinin körpüdə maşın sürdüyünü əks etdirən kadrlar yer alıb.
Xatırladaq ki, 2014-cü ildə Rusiya ilə qeyri-qanuni ilhaq edilmiş Krım arasında yerləşən Kerç körpüsündə oktyabrın 8-də partlayış baş vermişdi və nəticədə körpü zədələnmişdi. Partlayış nəticəsində 3 nəfər həlak olub.