"Yaxın Şərqdəki mövcud vəziyyət ABŞ siyasətinin uğursuzluğuna misaldır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin İraqın Baş naziri Məhəmməd Əl-Sudani ilə Moskvada görüşü zamanı bildirib.

Putin son vaxtlar İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən təəssüfləndiyini bildirib:

"Ukrayna böhranı davam edir və təəssüf ki, biz Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşdiyini görürük. Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ-nin Yaxın regionda siyasətinin iflasa uğramasının bariz nümunəsidir”.

 

Gözəl Həşimova