Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, dövlət başçılarının görüşü BƏƏ-də Qəsr əl-Vətən sarayında keçirilir. Bu, Rusiya və BƏƏ liderlərinin bu il artıq ikinci görüşüdür.

Liderlər Yaxın Şərqdəki vəziyyəti və Moskva ilə Əbu-Dabi arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcəklər.

 

Gözəl Həşimova