Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimovun dəfn mərasimi üçün Ufaya gedib .
İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .
Agentlik prezidentin Rəhimovla vida mərasimindən heç bir görüntü yaymayıb.
Qeyd edək ki, Başqırdıstan Respublikasının birinci prezidenti Rəhimov 2023-cü il yanvarın 11-də 88 yaşında vəfat edib. Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilmişdi.