“Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir”.

İqtisadiyyat.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.

O, əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir:

"Münaqişə ABŞ və NATO tərəfindən Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratmasına əsaslanır. Onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edirlər. Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz bu danışıqlara hazırıq, lakin biz bu danışıqları məcbur edə bilmərik”.

Qeyd edək ki, iyulun 12-də G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi haqqında bəyannamə imzalayıb. Sənədə əsasən, ölkələr Ukraynanın müdafiə sənayesinin inkişafına töhfə verməyi, Ukrayna isə siyasi sistemin şəffaflığını artırmaq üçün islahatlar aparmağı öhdəsinə götürür.