Bugünkü ABŞ hakimiyyəti təkcə beynəlxalq siyasətdə deyil, həm də iqtisadiyyatda bir-birinin ardınca səhvlər edir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.

"Təkcə beynəlxalq siyasət sferasında, daxili siyasətdə deyil, həm də iqtisadi siyasətdə bugünkü ABŞ administrasiyası bir-birinin ardınca səhvlər edir. Hətta bəzən baş verənlərə baxanda təəccüblənirsən", - Putin qeyd edib.