Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın enerji şirkəti “Qazprom”un sədri Aleksey Milleri qəbul edib.

Görüş zamanı Rusiya qazının Türkiyəyə tədarükü və Türkiyədə qaz mərkəzinin yaradılması imkanları müzakirə olunub.


İqtisadiyyat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qazprom”un prezidenti Aleksey Milleri Vahdettin malikanəsində qəbul edib.

Rusiya prezidenti Putin Türkiyənin Rusiyadan, o cümlədən Avropadan təbii qaz nəqli üçün ən etibarlı marşrutlardan birinə çevrildiyini açıqlamışdı.