Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənləri yanğının qarşısını alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən bildirib.

Dövlət başçısı bildirib ki, zərərçəkmiş insanlara dəstək göstərilib, hazırda Azərbaycanın tibbi heyəti Xankəndidə yerli əhaliyə xidmətlər göstərir.