Azərbaycan Premyer Liqasının XXXIV turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.
İqtisadiyyat.az xəbər verir ki, ən yüksək göstərici Bayılda qeydə alınıb. "Qarabağ"ın "Səbail"i məğlub edərək (3:0) çempionluğunu təmin etdiyi görüşü 2000 azarkeş tribunadan izləyib.
Digər yüksək göstərici "Sumqayıt" - "Sabah" görüşündə olub. Qonaqların 4:0 hesablı darmadağını ilə başa çatan oyunu 1300 fanat izləyib.
Turun görüşlərində ümumilikdə 4950 azarkeş stadionda olub.
Premyer Liqa
XXXIV turun oyunlarında azarkeş sayları:
Zirə - Kəpəz - 1:1 (600 azarkeş)
Qəbələ - Turan Tovuz - 1:2 (450 azarkeş)
Səbail - Qarabağ - 0:3 (2000 azarkeş)
Neftçi - Şamaxı - 1:1 (600 azarkeş)
Sumqayıt - Sabah - 0:4 (1300 azarkeş)