Portuqaliyada yeniyetmə COVID-19 virusundan ölüb.

İqtisadiyyat.Az-ın verdiyi məlumata görə, bunu Səhiyyə naziri Marta Temido deyib. Onun sözlərinə görə, 29 mart tarixinə ölkədə təxminən 6 min yoluxma halı qeydə alınıb, indiyədək 119 nəfər ölüb. Bildirilir ki, Ovar şəhərində yaşayan 14 yaşlı xəstədə əvvəllər immun çatışmazlığı ilə əlaqəli problemlərin olduğu üzə çıxıb. (APA)