Polşa, Litva və Ukrayna prezidentləri Ukraynanın Lvov şəhərində bir araya gələrək “Lüblin üçbucağı” birliyi çərçivəsində birgə bəyanat imzalayıblar.


İqtisadiyyat.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda, Ukrayna prezidenti Vladimir Zelenski və Litva prezidenti Gitanas Nauseda Ukraynadakı son hadisələri müzakirə ediblər.

Duda birgə mətbuat konfransında Ukraynaya humanitar, hərbi və maddi dəstəyin bir ildir davam etdiyini bildirib.

Polşanın müharibənin başlanğıcından bəri aktiv rol oynadığına diqqət çəkən Duda, "Ukraynaya yardım edən ilk ölkə bizik. Biz Ukraynanı siyasi olaraq dəstəkləyirik və böyük sürətləndirilmiş modernləşmə çərçivəsində Ukraynaya silah verməyə davam edəcəyik" - , deyə bildirib.