"Polşanın Belarusla sərhədində 10 mindən çox əsgər cəmləşib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin müavini Maçey Vonsik Polşa radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Polşa-Belarus sərhədində vəziyyət stabildir:

“Biz sərhədi çox gücləndirmişik. Tikdiyimiz hasar böyük əhəmiyyət kəsb edir və bu da bizə çox kömək edir. Bundan əlavə, orada 10 min əsgər var - onlardan 6 mini düşərgədə, 4 mini isə birbaşa sərhəddədir. Bundan əlavə, 5 min sərhədçi və minə yaxın polis əməkdaşı var”

Xatırladaq ki, avqustun 1-də Polşa Belarus sərhədində miqrant axınının artması səbəbindən Belarusla sərhəddə hərbi mövcudluğunu artırdığını elan edib.

 

Gözəl Həşimova