Polşa Belarusla sərhədə göndərilən hərbçilərin sayını 2000-ə qədər artırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Maçej Vonsik bildirib. 

“Artıq 2000-ə yaxın əsgər Belarusla sərhəddə xidmət edir. Yaxın iki həftə ərzində Podlaskie və Lyublin əyalətlərində sərhəd mühafizəsinin gücləndirilməsi üçün əlavə qüvvələr göndəriləcək”.

Qeyd edək ki, Polşa 2021-ci ilin payızında Belarusla sərhəddə miqrasiya böhranı ilə üzləşdi. Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin il sərhədi pozmağa 40 minə yaxın, 2022-ci ildə 16 min cəhd qeydə alınıb, bu ilin əvvəlindən isə 19 min cəhd müəyyən edilib. Polşa bu həftə sərhəd mühafizəsini gücləndirdiyini açıqlayıb . Avqustun 11-dən Latviya da Belarusla sərhəddə gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edəcək. Litva “Vaqner PMC” qırıcılarının ölkədə olması səbəbindən Belarusla sərhəddə bir neçə keçid məntəqəsinin bağlanmasına icazə verib.