"Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi operativ birgə taktiki təliminə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub".

İqtisadiyyat.az xəbər verir ki, bunu polkovnik Ramil Həsənov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu tip təlimlər ildə 2 dəfə keçirilir.

“Bu tip təlimin ilki may ayında Türkiyədə keçirilib. Təlimdə qoyulan hədəflərə nail olunub. Əsasən, iqlim və ərazi relyefi nəzərə alınmaqla 7 bölgədə keçirilib. Bu təlimdə onlayn olaraq qoşularaq digər bölgələrdəki təlimin gedişatı izlənilib”, - polkovnik qeyd edib.