Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın 5 ildən sonra qonşu ölkələrə hücum edə biləcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Pistorius bunu ekspertlərin fikirlərinə dayanaraq söyləyib. 

"Beynəlxalq hərbi ekspertlərin qiymətləndirməsinə görə, ehtimal etmək lazımdır ki, Rusiya 2029-cu ildən NATO ölkəsinə və ya qonşu ölkəyə hücum edə bilər", - deyə nazir qeyd edib. Ancaq o, detalları açıqlamayıb.

Pistorius sonuncu dəfə iyunun əvvəlində potensial müharibə kontekstində 2029-cu il haqqında danışıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalist Taker Karlsona müsahibəsində demişdi ki, Qərb liderləri Amerika və Avropa vergi ödəyicilərindən daha çox pul almaq üçün Rusiya Federasiyasından gələn təhdidlər barədə bilərəkdən yalan məlumatlar yayırlar.