ABŞ-ın məşhur dərman istehsalçısı "Pfizer" xərçəng dərmanı istehsal edən "Seagen" şirkətini 43 milayrd dollara alıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkət SEO-su Albert Bourla danışıb. O bildirib ki, "Seagen" şirkətini hissə başına 229 dollar qarşılığında alıblar.

Bu, "Pfizer"in 2009-cu ildən sonra ən böyük satınalması olub. Şirkət 2009-cu ildə "Wyeth"i 67 milyard dollara almışdı.