Azərbaycanda ötən ayın 28-dən start verilən Peşələr Festivalına qatılan on minlərlə iştirakçı düzgün peşə seçiminə dair məlumatlandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Festival davam edir.

İndiyədək 9 məntəqədə (Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad və Sabirabadda) keçirilən Festivala ümumilikdə 45 mindən çox insan qatılıb.

Pestivalda iştirak edən yerli əhali düzgün peşə seçiminə dair məlumatlandırılıb, eləcə də peşələr barədə əyani təsəvvürlərə malik olublar.

Festivala qatılan hər bir kəs 14 peşə haqqında məlumatlara sahib olub, bu peşələrin sirrləri barədə məlumatlandırılıblar.

Onlar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə ediblər.

Xatırladaq ki, bu il Peşələr Festivalı oktyabrın 28-də Quba rayonundan start götürüb. Daha sonra oktyabrın 30-da İsmayıllı, noyabrın 1-də Zaqatala, noyabrın 3-də Şəmkir, noyabrın 5-də Salyan, noyabrın 9-da Ordubad, noyabrın 11-də Naxçıvan, noyabrın 14-də Cəlilabadda və noyabrın 16-da isə Sabirabadda ackeçirilib.

Festivala noyabrın 18-də Bakı şəhərində yekun vurulacaq.