F-16 qırıcı-bombardmançı təyyarələri gələn ilin yazından tez olmayaraq Ukraynaya təhvil veriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Brüsseldə Qərbin Ukraynaya silah tədarükü ilə bağlı yaratdığı təmas qrupunun növbəti iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"F-16-ların Ukraynaya nə vaxt gələcəyinə gəlincə, bildiyiniz kimi, bizim F-16-lar üçün pilotların hazırlanması üzrə koalisiyamız var və hazırda onların hazırlanması üzərində işləyirik. Bu iş Avropada başlayıb və davam edir", - deyə o qeyd edib. 

Ostin bildirib ki, Amerika tərəfi təyyarənin Kiyevə təhvil verilməsinin “aylar çəkəcəyini” bildirib. 

"Biz diqqətimizi Ukraynanın ehtiyac duyduğu şeylərə yönəldirik. Ukrayna Prezidenti Volodimir Zelenski əlavə hava hücumundan müdafiə, yerüstü hava hücumundan müdafiə, həmçinin artilleriya qurğularına ehtiyacdan danışıb. Bizim diqqətimiz bu ehtiyaclaradır", - Ostin bildirib.