Azərbaycanda orta və minimum pensiya MDB və postsovet məkanın alıcılıq qabiliyyətinə görə, birinci, ikinci yerdə olsa da, amma bizi qane edən və arzuolunan səviyyədə deyil.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə 2024-cü il büdcə müzakirələri zamanı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, növbəti ildə Azərbaycanda orta pensiya həddi 516 manat təşkil edəcək ki, bu da 5 il əvvəlki müddətdən 2 dəfədən artıqdır. 

“5 il əvvəl Azərbaycanda orta aylıq pensiya 225-250 manat təşkil edirdisə, 2024-cü ildə 516 manat təşkil edəcək”, - nazir bildirib.

O eyni zamanda əlavə edib ki, ölkədə daha çox medyan pensiya 2,5 dəfə artıb.