Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb.

Xidmətdən İqtisadiyyat.az-a bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Şamxalov Ülvi İlyas oğlunun xəstəxanada müalicəsi davam etdirilir.

Həyatı üçün heç bir təhlükə yoxdur.