Onlayn ödəniş sistemi “PayPal” işçi qüvvəsini 9% azaldacaq.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Aleks Kris məsələ ilə bağlı işçiləri xəbərdar edib.

O qeyd edib ki, şirkətin qlobal işçi qüvvəsi həm birbaşa, həm də vəzifələrin ləğvi yolu ilə il ərzində təxminən 9 faiz azalacaq: “Şirkət daxilində daha çox diqqət və səmərəliliyin, avtomatlaşdırmanın tətbiqi və texnologiyanın konsolidasiyasına ehtiyac var. Bütün bunların reallaşması üçün işçilərin sayını azaltmaq məcburiyyətindəyik”.