Azərbaycananın ikinci Qarabağ savaşında misilsiz qalibiyyəti hələ bir çox dostun, düşmənin siyasi obyekivində qalacaq. Ali Baş Komandanın iradəsi, Azərbaycan ordusunun peşəkar döyüş bacarığı həm hərb meydanında, həm də siyasi tribunada öz möhürünü vurdu. Bununla yanaşı, ölkəmizdə üzünü görmədiyimiz daha bir “düşmən” - COVİD-19 pandemiyası ilə də mübarizə hazırda davam etdirilir. Məlum ərəfə üçün praktiki nailiyyətlər yeni yaradılan bir sıra modul tipli klinikalarda öz töhvəsini verməkdədir. Eynilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində olduğu kimi...

Burada yaradılan şərait koronaviruslu xəsətələrin müalicə işini qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Ən önəmlisi isə hospitalda məlumatların idarəetmə sistemi mövcuddur. Peşəkar  tibb xidməti artıq beynəlxalq ölkələrin səhiyyəsini diktə edir.

Hospitalın fəaliyyəti ilə bağlı məlumatlar isə orada sağalan koronavirus xəstələri tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tibb Mərkəzində ödənişsiz müayinə və müalicə tətbiqi, effektiv və xüsusi dərman preparatlarının alınması bir sözlə, yüksək səviyyədə tibbi xidmət pasiyentlərdə sağlam ab-hava yaradıb.