"Rusiyanın Ermənistan malları üçün bazarını bağlayacağı ilə bağlı ehtimal əsassızdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

"Rusiyanın bizim mallar üçün bazarını bağlayacağı ilə bağlı fərziyyələr haradan çıxıb? Biz Avrasiya İqtisadi İttifaqının üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir", - deyə o, vurğulayıb.

Paşinyan xatırladıb ki, erməni istehsalçıları qəbul edilmiş standartlara əməl etməlidirlər.

 

Gözəl Həşimova