“PAŞA Bank” ASC-nin səhmlərinin 15 %-nə nəzarət edən Arif Paşayev payının 5 %-lik hissəsini Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayevə ötürüb.

İqtisadiyyat.az bu barədə “PAŞA Bank”a istinadən xəbər verir.

Məlumata görə, Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” (56,8 %) və “Ador” (28,2 %) MMC-lərə məxsusdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır.