Azərbaycanda ən iri korporativ bank olan “PAŞA Bank” 2023-cü ildə reklama 4 milyon 959 min manat vəsait xərcləyib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, bu da 2022-ci ilə nisbətən 1,8 dəfə çoxdur. 

2022-ci ildə bankın reklam xərcləri 2 milyon 732 min manat olub. 

Bankın xərclərinin böyük hissəsini işçilərə ödənilən əməkhaqqları təşkil edib. 2023-cü ildə isə “PAŞA Bank”ın işçi xərcləri 95,6 milyon manat civarında olub. 

Bankın proqram təminatına çəkilən xərcləri 12,05 milyon manata, peşəkar xidmət xərcləri 9,6 milyon manata, sığorta xərcləri isə 8,7 milyon manata bərabər olub.  

“PAŞA Bank” ötən il dəftərxana ləvazimatlarına 7,05 milyon manat, rabitə xidmətlərinə 2,4 milyon manat, kommunal xərclərə 1,5 milyon manat ayırıb. 

Bankın cəmi xərcləri 165 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 30% çoxdur.