Bu ilin yanvar-may aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 330,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,7% çoxdur.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə ixrac 95,7 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 235 milyon dollar olub.

 

Gözəl Həşimova