ABŞ-nin Gürcüstan hakimiyyətinə qarşı sanksiyalarının tətbiqi qeyri-ciddidir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.  

"Dünən eşitdik ki, iyirmi gürcüyə qarşı elə sanksiya tətbiq edilib ki, bu adamların kim olduğunu belə bilmirik, bütün bunlar ciddi deyil və mən belə bir yanaşma görəndə çox üzülürəm", - Papuaşvili bildirib.

O əlavə edib ki, ABŞ hakimiyyəti iki ölkə arasında mövcud olan münasibətlərin hansısa yolla korreksiyası ilə maraqlanmaq əvəzinə, qeyri-ciddi addımlar atılır.

Siyasətçinin sözlərinə görə, son 30 ildə gürcü xalqı Amerika, Amerika xalqı və Amerika hökuməti ilə dost olmaqdan başqa heç nə etməyib: "Lakin təəssüf ki, Gürcüstan dostluğa cavab olaraq qeyri-ciddi bəyanatlar və qərarlarla üz-üzə qalıb".