Son 28 gündə bütün dünyada koronavirusa yoluxma sayında kəskin azalma müşahidə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumar yayıb. Bildirilir ki, yanvarın 23-dən fevralın 19-na qədər dünyada 5,3 milyon yoluxma və 48 mindən çox ölüm qeydə alınıb. Bu isə əvvəlki 28 gündə qeydə alınandan 89% və 62% azdır.

ÜST direktoru qeyd edib ki, pandemiya 2023-cü ildə sona çata bilər.