"Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə qarşı terror hücumu nəticəsində azı 14 Pakistan ordusu əsgəri həlak olub". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin yaydığı bəyanatda deyilir.

Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, terrorçular Bəlucistan əyalətinin Pasni şəhərindən hərəkət edərkən pusquya düşən təhlükəsizlik qüvvələrinin iki maşınına hücum ediblər.

Hadisə yerində təmizlik işləri aparılır. Xidmət əlavə edib ki, bu mənfur əmələ görə təqsirkarlar təqib olunacaq və məsuliyyətə cəlb olunacaqlar.