"Pakistan Hindistan da daxil olmaqla bütün qonşularla sülh istəyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanda müvəqqəti hökumətin Baş naziri Anvarul Hak Kakar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında iştirakçılara müraciətində bildirib.

Onun sözlərinə görə, Cammu və Kəşmir məsələsi Hindistan ilə sülh üçün əsas əhəmiyyət kəsb edir. Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının gündəmindəki ən qədim məsələlərdən biri olduğunu bildirən Kakar Hindistanın BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməkdən yayındığını bildirib.

 

Gözəl Həşimova