Özbəkistanın qərbində yerləşən Xorazm bölgəsində su yerə yaxın olduğundan bölgə əhalisi əsrlərdir ki, öz ölülərini torpaq üzərində qurulmuş qəbirlərdə basdırırlar.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Özbəkistanın qərbindəki Xorazm bölgəsi, uzunluğu təxminən 2540 kilometr olan, Orta Asiyanın ən uzun çaylarından biri olan Ceyhun çayı kimi də tanınan Amudəryanın yaxınlığında yerləşir.

Yeraltı su ehtiyatları ilə zəngin olan bölgədə suyun yerə çox yaxın olması qəbir qazmağı və basdırmağı çətinləşdirir. Bu səbəbdən bölgədə qəbirlər yerin altına deyil, üstünə tikilmiş qəbirlərə qoyulur.mDəfn olunacaq şəxs üçün tikilən qəbirlərdə ümumiyyətlə kərpic, daş, palçıq kimi materiallar və bəzi bəzək əşyaları var.

Qəbirlərin üzərində mərhumların adları, doğum və ölüm tarixləri yazılıb. Bəzi qəbirlərdə Qurani-Kərimdən bəzi ayələr və mərhumun fotoşəkili də yer alır.

 

Gözəl Həşimova