Bu ilin yanvar-iyul ayları ərzində Özbəkistana 3 milyon 680 min turist səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Statistika Agentliyi məlumat yayıb.

Hesabat dövründə Özbəkistana ən çox Tacikistandan (1 milyon 151 min 400 nəfər) turist gəlib. Tacikistanı 912 min 800 nəfərlə Qırğızıstan, 879 min nəfərlə Qazaxıstan, 417 min 400 nəfərlə Rusiya, 58 min nəfərlə Türkiyə izləyib.

Əlavə edək ki, COVID-19 pandemiyasından əvvəl ölkəyə 6 milyon 748 min turist səfər edib.

 

Gözəl Həşimova